"Spartak"a 3:4 hesabı ilə uduzduqları Rusiya Premyer Liqasının XXIV tur matçında ağır xəsarət alıb, huşunu itirən Kadi Borges üçün mövsüm başa çatıb.
Offsideplus.az Rusiya mətbuatına istinadən xəbər verir ki, zədədən sonra braziliyalı oyunçu 15-20 gün reabilitasiyada olacaq. Sağalma müddəti isə 1-2 ay çəkəcək. Bu müddət ərzində Kadi qoruyucu maska taxacaq. Oyunçu gələn mövsümə hazırlıq üçün yay təlim-məşq toplanışına qatılacaq.
Qeyd edək ki, futbolçuya qapalı kəllə-beyin travması, beyin silkələnməsi və kəllə sümüyündə çoxsaylı sınıq diaqnozu qoyulmuşdu.
Xatırladaq ki, Kadi matçın ikinci hissəsinin əvvəlində rəqib futbolçu Georgi Cikiya ilə toqquşub və başı onun çiyninə dəyib. Huşunu itirən Kadi yerə yıxılıb. Futbolçuya dilini udmaması üçün ilkin tibbi yardım göstərilib, meydanı xərəkdə tərk edib.