Rusiya çempionatının XXIV turunda "Spartak"a uduzduqları matçda (3:4) ağır xəsarət alıb, huşunu itirən Kadi Borgeslə bağlı Rusiya polisi araşdırma başladıb.

Offsideplus.az Rusiya mətbuatına istinadən xəbər verir ki, oyundan xərəklə çıxarılan braziliyalı oyunçu dərhal Botkin şəhər klinik xəstəxanasına aparılıb. Həkimlərin əlaqə saxladığı Moskva polisi məsələ barədə araşdırmalara başlayıb.

Qeyd edək ki, futbolçuya qapalı kəllə-beyin travması, beyin silkələnməsi və kəllə sümüyündə çoxsaylı sınıq diaqnozu qoyulmuşdu.

Xaıtlradaq ki, Kadi matçın ikinci hissəsinin əvvəlində rəqib futbolçu Georgi Cikiya ilə toqquşub və başı onun çiyninə dəyib. Huşunu itirən Kadi yerə yıxılıb. Futbolçuya dilini udmaması üçün ilkin tibbi yardım göstərilib, meydanı xərəkdə tərk edib.