Rusiya Premyer Liqasının XXIV turunda "Spartak"a 3:4 hesabı ilə uduzduqları matç zamanı ağır xəsarət alıb, huşunu itirən Kadi Borgesin yaşıl meydanlardan uzaq qalacağı müddət bəlli olub.

Offsideplus.az Rusiya mətbuatına istinadən xəbər verir ki, braziliyalı oyunçu 1-3 ay müddətinə sıradan çıxıb. Kadinin sağalması üçün gərəkən zaman müddəti tüzliklə rəsmi olaraq açıqlanacaq.

Futbolçuya qapalı kəllə-beyin travması, beyin silkələnməsi və kəllə sümüyündə çoxsaylı sınıq diaqnozu qoyulmuşdu.

Qeyd edək ki, Kadi matçın ikinci hissəsinin əvvəlində rəqib futbolçu Georgi Cikiya ilə toqquşub və başı onun çiyninə dəyib. Huşunu itirən Kadi yerə yıxılıb. Futbolçuya dilini udmaması üçün ilkin tibbi yardım göstərilib, meydanı xərəkdə tərk edib.