"Krasnodar" klubunun futbolçusu Kadi Borges Rusiya Premyer Liqasının 19-cu turunda Moskva "Dinamo"su ilə matçda dubl edib.
Offsideplus.az xəbər verir ki, o, 3:1 hesabı ilə qalib gəldikləri oyunun 24 və 67-ci dəqiqələrində komandasının 1-ci və -2-ci qollarını vurub. Braziliyalı oyunçu start heyətdə meydana daxil olub və 85-ci dəqiqədə əvəzlənib.
Beləliklə, yanvarda "Qarabağ"dan "Krasnodar"a (Rusiya) keçən Kadi Borges Rusiya çempionatında ilk qollarını vurub.