Bu yaxınlarda "Qarabağ"dan "Krasnodar"a (Rusiya) keçən Kadi Borges zədələnib.

Offsideplus.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Qış Kuboku çərçivəsində "Soçi" ilə matçda (1:0) sıradan çıxıb. 

 26 yaşlı futbolçunun daha dəqiq yaşıl meydanlara nə vaxt çıxacağı tibbi müayinədən sonra müəyyənləşəcək.

Xatırladaq ki, "Krasnodar" Kadi Borgesi qış transfer pəncərəsi zamanı "Qarabağ"dan 5 milyon avroya alıb.