Yusuf Yazıcının ÇSKA-ya keçidi barədə hazırlanmış video qalmaqala səbəb olub.
Offsideplus.az xəbər verir ki, videoda 24 yaşlı futbolçuya Rusiya klubu tərəfindən tez-tez mesaj göndərildiyi, lakin oyunçunun buna cavab vermədiyi göstərilib. Daha sonra Moskva təmsilçisi "Yusuf bura Rusiyadır. Nataşalar çoxdur" - deyə ismarıc yollayıb.Yusuf isə cavaba qarşılıq olaraq "Yoldayam. 5 dəqiqəyə ordayam" - deyib.
Azarkeşlərin sərt reaksiyasından sonra video götürülüb. ÇSKA klubunun televiziyasının aparıcısı Katerina Kirilçeva paylaşıma görə üzr istəyib. "Əslində fikrimiz başqa idi. Zamanın az olması səbəbindən belə bir video hazırlandı.Azarkeşlərimizdən, qadınlardan və Yusufdan üzr istəyirik".
Qeyd edək ki, Moskva təmsilçisi Yusuf Yazıcını "Lill"dən icarə əsasında heyətinə qatıb.