Fransa "Lill"inin türkiyəli futbolçusu Yusuf Yazıcı icarəyə verilib.

 Offsideplus.az xəbər verir ki, 24 yaşlı hücumçu Rusiyanın ÇSKA(Moskva) komandasına keçəcək. O, icarə əsasında bu mövsümün sonunadək Premyer Liqa təmsilçisində çıxış edəcək.

Yazıcının keçidi ödənişsiz baş tutacaq.

Qeyd edək ki, Türkiyə yığmasının da üzvü olan futbolçu 2019-cu ildən "Lill"in formasını geyinir.