Azərbaycan əsilli futbolçu Ayaz Quliyevin yeni komandasının adına aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, gənc yarımmüdafiəçi karyerasını elə bu ölkədə davam etdirəcək. Bu günlərdə “Anji” ilə yollarını ayıran və Moskva “Spartak”ına məxsus olan 21 yaşlı oyunçu “Rostov”la anlaşıb. Quliyev yeni komandasında da icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Rusiyanın bütün aşağı yaş qrupu yığmalarında çıxış etmiş Ayaz Quliyevin Azərbaycan millisinə çağırılması istisna edilmir.