"Spartak"ın ( Moskva ) yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romanı "tvitter" hesabında məlumat verib. Paytaxt təmsilçisini bundan sonra 49 yaşlı italiyalı mütəxəssis Paolo Vanoli çalışdıracaq. O, bu posda Rui Vitoryanı əvəzləyib.
Qeyd edək ki, Moskva təmsilçisi Rusiya Premyer Liqasında 18 turdan sonda 23 xalla 9-cu yerdə qərarlaşıb.