Rusiyanın “Anji” klubu baş məşqçisi Vadim Kripçenko ilə yolları ayırıb.
Offsideplus.az xəbər verir ki, belaruslu məşqçinin başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, 42 yaşlı mütəxəssis 2017-ci ilin avqustundan Mahaçqala klubunu çalışdırırdı. Komanda 2017-2018 mövsümünü 14-cü pillədə başa vuraraq Premyer Liqanı tərk edib.