Rusiyanın "Zenit" klubu "Torino"nun hücumçusu ilə maraqlanır.
Offsideplus.az "Calciomercato"ya istinadla xəbər verir ki, ruslar Amdrea Bellottini heyətinə qatmaq üçün İtaliya təmsilçisi ilə danışıqlara başlayıb. Danışıqlara hələ iyulda - Avro-2020 davam edən əsnada start verilsə də, yekun nəticə hasil olmayıb.
İlk mərhələdə transfer qiymətində xəsislik edən sankt-peterburqlular artıq səxavətli davranmağa başlayıb. Klub rəhbərliyi "Torino"ya 30 milyon avro, üstəgəl, əlavə bonuslar təklif edir.
Qeyd edək ki, Belotti ötən mövsüm turinlilərin heyətində meydana çıxdığı 36 oyunda 13 qol vurub, 7 məhsuldar ötürmə vermişdi.