"Beşiktaş"ın da maraq dairəsində olan "Herta"nın hücumçusu "Krasnodar"a transfer olunub.
Offsideplus.az şəhərin eyniadlı klubunun saytına istinadla xəbər verir ki, Rusiya təmsilçisi ötən mövsüm Bundesliqada top qovmuş Con Kordoba ilə güclənib. Kolumbiyalı forvardla müqavilənin müddəti 4 illikdir və yeni komandasında "9" nömrə altında çıxış edəcək.
Qeyd edək ki, ünlü "Transfermarkt" ötən mövsüm "Herta"nın heyətində keçirdiyi 21 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə verən 28 yaşlı kolumbiyalının "Krasnodar"a 20 milyon avroya başa gəldiyini yazıb.