"Neftçi"nin UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi Tbilisi "Dinamo"sunun futbolçusu Luka Qaqnidze "Dinamo"(Moskva) klubuna transfer edilib.

Offsideplus.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Qaqnidze 2020/2021 mövsümündə Gürcüstan çempionatında meydana çıxdığı 14 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə verib.