"Mançester Siti" və "Barselona" kimi məşhur klubların tanınmış futbolçu Yaya Turenin yeni iş yeri məlum olub.

Offsideplus.az xəbər verir ki, ötənlərin ulduz ismi bundan sonra Rusiya Premyer Liqasında mübarizə aparan "Axmat"ın məşqçilər korpusunda çalışacaq. Ture baş məşqçi Andrey Talalayevə kömək edəcək. Onunla 2021-22 mövsümünün sonuna qədər müqavilə bağlanıb.

Qeyd edək ki, Yaya ötən il futbolçu karyerasını Çinin "Çindao Xaynyu" klubunda başa vurmuşdu.