“Lukoyl”un əslən azərbaycanlı prezidenti Vahid Ələkbərovun oğlu Yusuf Ələkbərov "Spartak" klubunun rəhbərliyinə gətirilib.
Offsideplus.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Yusuf Ələkbərov Rusiya klubunun Direktorlar Şurasına üzv qəbul olunub. Onunla yanaşı, Moskva klubunun prezidenti və səhmdarlarından biri Leonid Fedunun həyat yoldaşı olan Zarema Salihova da kluba cəlb edilib.
Qeyd edək ki, milyarder Vahid Ələkbərov "Spartak"ın səhmdarlarındandır.