Rusiyanın "Rubin" klubunda forma geyinən türk futbolçu Gökdəniz Qaradəniz bu günlərdə karyerasını bitirəcəyini bildirib.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı futbolçu mayın 7-də son oyununa çıxacaq. Həmin gün "Kazan Arena"da son oyununa çıxacağını bildirən futbolçu hər kəsə təşəkkürünü bildirib:

"20 illik futbol karyeramın sonuna gəldim. Hər şeydən əvvəl ailəmə minnətdaram. Bütün məni sevən və dəstəkləyən insanlara təşəkkürümü bildirirəm. 10 ildən çox "Trabzonspor" forması geyindim və bununla qürur duyuram. "Rubin"də də əla karyera yaşadım. Mayın 7-də son dəfə sizin qarşınıza futbolçu olaraq çıxacağam".

Qeyd edək ki, Qaradəniz 2008-ci ildən bəri "Rubin" klubunda çıxış edir. O, bu mövsüm çıxdığı 20 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə edib.