"Fiorentina" rusiyalı futbolçu ilə güclənmək istəyir.
Offsideplus.az "RB-Sport"a istinadla xəbər verir ki, Florensiya təmsilçisi "Spartak"ın və Rusiya millisinin hücumçusu Aleksandr Kokorinlə maraqlanır. A seriyasında mübarizə aparan komandanın futbolçuya görə "Spartak"a 5 milyon avroluq rəsmi təklif göndərəcəyi deyilir. Moskvalıların buna necə yanaşacağı şübhə doğurur.
Qeyd edək ki, Kokorin Rusiya Premyer Liqasında meydana çıxdığı 8 oyunda 2 qol vurub. Hər 2 halda penaltidən fərqlənib.