"Spartak" maraqlı elanla diqqətləri üzərinə çəkib.

Offsideplus.az xəbər verir ki, Moskva təmsilçisi avtobus sürücüsü axtarır. Klub sabiq işçisini məlumatları mediaya və başqa şəxslərə göndərdiyi üçün işdən azad edib.

Elana görə yeni sürücünün qarşısına 3 şərt qoyulacaq:

1. Dürüstlük
2. Nizam-intizam
3. Çətin vəziyyətlərdən çıxmaq bacarığı

Bu vəzifə üçün klub aylıq 1000 avro ödəməyə hazırdır.

 

Sultan SoY