Rusiyanın "Rubin" klubu 100 min rubl məbləğində cərimələnib. 

Offsideplus.az xəbər verir ki, buna Kazan təmsilçisinin azarkeşinin "Krılya Sovetov"la Premyer Liqanın XXIII turunun səfər matçında bədəninin intim yerini nümayiş etdirməsi səbəb olub.

Həmin şəxs polis tərəfindən saxlanılıb.

Azərbaycan Premyer Liqasında XXIV turun "Keşlə" ilə səfər oyunu zamanı isə "Qəbələ"nin futbolçusu Stiven Monroz cinsi orqanını canlı yayımda nümayiş etdirib. AFFA İntizam Komitəsi ona xəbərdarlıqla kifayətlənib.

Qeyd edək ki, görüş "Krılya Sovetov"un qələbəsi ilə yekunlaşıb - 1:0.(sportnet.az)