Yaponiyanın Saitama şəhərində keçirilən fiqurlu konkisürmə üzrə dünya çempionatı davam edir.
Offsideplus.az xəbər verir ki, Azərbaycan təmsilçisi Vladimir Litvintsev bu gün kişilər arasında qısa proqramda çıxış edib. Təmsilçimiz 82,71 xalla 10-cu yerdə qərarlaşıb.
Qeyd edək ki, ilk pilləni 104,63 xalla yaponiyalı konkisürən Şoma Uno tutub.