Xizək alpinizmi idman növü üzrə gənc idmançıların seçimi keçirilib.
Offsideplus.az xəbər verir ki, Azərbaycanda qış idman növlərinin inkişafı, bu idman növləri üzrə idmançıların yetişdirilməsi, həmçinin Milli Yığma Komandanın formalaşdırılması məqsədilə 15-16 noyabr tarixlərində xizək alpinizmi idman növü üzrə gənc idmançıların seçimi prosesi baş tutub.
Azərbaycan Qış İdman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzi QSC-nin birgə təşkilatçılığı ilə baş tutan seçimlər Federasiya tərəfindən dəvət olunan beynəlxalq məşqçilər Patrik Kampays və Filip Qayet tərəfindən həyata keçirilib. Nəticələrə əsasən iki qrup olmaqla 11 nəfər gənc idmançı seçilib. A qrupu üzrə 3 qız və 3 oğlan, B qrupunda isə 2 qız və 3 oğlan təyin edilib.
Seçilmiş idmançılar Azərbaycanı gələcəkdə beynəlxalq yarışlarda təmsil etmək üçün Federasiya tərəfindən dəvət olunan xizək alpinizmi üzrə məşqçi Patrik Kampays tərəfindən hazırlaşdırılacaq.
Məşqlər “Şahdağ” Turizm Mərkəzində həyata keçiriləcək.