Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova Fransanın Monpelye şəhərində keçirilən dünya çempionatında 9-cu yeri tutub.

Offsideplus.az xəbər verir ki, 19 yaşlı idmançı sərbəst proqramda 122,98 xala layiq görülüb.

Daha əvvəl qısa proqramda 65,52 xal toplayan konkisürən iki çıxışın yekununda 188,50 xalla kifayətlənib.

Qeyd edək ki, martın 26-da Vladimir Litvintsev sərbəst proqramda mübarizə aparacaq.