Azərbaycanın nümayəndə heyəti Pekin-2022 Qış Paralimpiya Oyunlarının açılış mərasimində paraddan keçib.

Offsideplus.az xəbər verir ki, mərasimdə Dövlət bayrağını yerli Təşkilat Komitəsinin üzvlərindən biri daşıyıb.

Azərbaycan paradda iştirak edən 18-ci ölkə olub. Açılışa komandanın missiya rəhbəri Rauf Mürsəlov, nümayəndə heyətinin üzvü Azər Tapdıqov və qış idman növləri üzrə milli komandanın baş məşqçisi Məhəmməd İsmayılov qatılıb.

Qeyd edək ki, XIII Qış Paralimpiya Oyunları 4 - 13 martda təşkil olunacaq. Açılış mərasimi martın 4-ü Pekin Milli stadionunda keçiriləcək. Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq.