Beynəlxalq Paralimpiya Komitəsi (IPC) Rusiya və Belarusu təmsil edən idmançıların Pekin-2022 Qış Paralimpiya Oyunlarında iştirakına icazə verib.
Offsideplus.az xəbər verir ki, paralimpiyaçılar yarışda IPC-nin bayrağı altında çıxış edəcəklər. Lakin onların nəticələri medal sıralamasında nəzərə alınmayacaq.
Qeyd edək ki, Pekin paralimpiadası 4-13 martda keçiriləcək.