Norveç yığması Pekin-2022 Qış Olimpiya Oyunlarında medal sayında  birinci olub.

Offsideplus.az  xəbər verir ki, skandinaviyalılar 37 medalla hamını qabaqlayıb. Bunların 16-sı qızıl, 8-i gümüş və 13-ü bürüncdür.

Olimpiya oyunlarında 12 qızıl, 10 gümüş və 5 bürünclə almanlar 2-ci yeri tutub. Rusiya isə 32 medalla 2-ci olub.

Ev sahibi Çin isə 9 qızıl, 4 gümüş və 2 bürünclə 3-cü yeri tutub.

 

Qeyd edək ki, Pekin olimpiadasının bağlanış mərasimi bu gün Bakı vaxtı ilə 16:00-da baş tutacaq.