Azərbaycan nümayəndə heyəti Pekin-2022 Qış Olimpiya Oyunlarının açılış mərasimində paraddan keçib.

Offsideplus.az xəbər verir ki, tədbirdə Azərbaycanın Dövlət bayrağını fiqurlu konkisürən Vladimir Litvintsev daşıyıb.

Ölkəmiz paradda iştirak edən 42-ci ölkə olub. Açılışa komandanın şef de-missionu, Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırov və məşqçi Aleksey Çetveruxin də qatılıb.