Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XII Qış Paralimpiya Oyunlarında bütün növlər üzrə mübarizəyə yekun vurulub.

Offsideplus.az xəbər verir ki, ümumi komanda hesabında birinci yeri ABŞ tutub.

Amerikalılar 13 qızıl, 15 gümüş, 8 bürünc medal qazanıblar.

Neytral statusla çıxış edən Rusiya 8 qızıl, 10 və 6 bürünc medalla ikinci, Kanada 8 qızıl, 4 gümüş və 16 bürünc medalla üçüncü olub.