Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında daha bir rekord qeydə alınıb.
Offsideplus.az Apasport.az-a istinadən xəbər verir ki, belaruslu Darya Domraçova qadın biatlonunda ən çox qızıl medal qazanan idmançı adına sahib çıxıb.
O, Soçi-2014-də əldə etdiyi üç çempionluğa Pxençxan-2018-də estafet yarışında qazandığı qızılı da qatıb. Bununla da 4 qat olimpiya çempionu olan ilk biatlonçu xanım kimi tarixə düşüb.
Qeyd edək ki, Domraçova Qış Olimpiya Oyunlarında ən çox – 8 qızıl medal qazanan iki idmançıdan birinin, norveçli biatlinçu Ule-Eynar Byorndalenin həyat yoldaşıdı. Bir sözlə, biatlonda həm kişi, həm qadınlar arasında rekordçu eyni ailənin üzvləridi.