Cənubi Koreyanın Pyanqçanq şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında Azərbaycanın yeganə təmsilçisi Patrik Braxner mübarizəyə qoşulub.
Offsideplus.az xəbər verir ki, o, uğursuzluqla üzləşib.
Dağ xizəkçiliyinin slalom növü üzrə mübarizə aparan avstriyalı idmançı yıxıldığı üçün finişə çata bilməyib.
Beləliklə, Qış Olimpiadası Azərbaycan üçün başa çatıb.