Cənubi Koreyanın Pyanqçanq Qış Olimpiya Oyunlarında Azərbaycan idmançısı Patrik Braxnerin sabah start xəttinə neçənci çıxacağı dəqiqləşib.

Offsideplus.az Oxu.Az-a istinadən xəbər verir ki, bu, püşkatmanın nəticəsinə əsasən müəyyənləşib.

Belə ki, slalom yarışlarında ölkəmizi təmsil edəcək milliləşdirilmiş avstriyalı birinci cəhddə mübarizəyə 68-ci qoşulacaq. Bu növdə mükafatlar uğrunda isə 108 atlet iştirak edəcək.

Yarışda ilk cəhd Bakı vaxtı ilə saat 05:00-da, ikinci cəhd isə 08:30-da başlayacaq.