Pxençxanda keçirilən XXXIII Qış Olimpiya Oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, yarışın 12-ci gününün yekununa əsasən artıq 66 dəst medal öz sahibini tapıb.

Mükafat qazanan ölkələrin siyahısına isə yenə Norveç başçılıq edir. Tarixi ərzində ilk dəfə 28 medal qazanan skandinaviyalılar arxada qalan gündə 2 çempionluq sevinci yaşayıblar. Onların aktivində 11 qızıl, 9 gümüş və 8 bürünc medal var. Almaniyanın ikinci pilləni qoruduğu siyahıda Kanada üçüncü yeri ələ keçirib. 3 qızıl medala sevinən şimali amerikalılar Hollandiyanı qabaqlayıblar.

 

Medal qazanan ölkələrin siyahısında da dəyişiklik olub. Latviya 1 bürüncə yiyələnməklə mükafat qazanan komandaların sayını 27-yə çatdırıb.

Daim “Ağ Olimpiada”nın favoritlərindən olan Rusiya isə antirekorda doğru “irəliləyir”. Onlar hələ də qızıl istəklərini reallaşdıra bilmirlər.