Cənubi Koreyanın Pxençan şəhərində Qış Olimpiadası böyük həyəcanla davam edir.

Offsideplus.az Oxu.Az-a istinadən xəbər verir ki, Olimpiada ən çox qızıl medal qazanan ölkə hələlik Norveçdir.

Skandinavlar 11 qızıl medalla ilk pillədədir. Almaniya 10 qızıl medalla 2-ci, Kanada isə 6 qızıl medalla 3-cü sıradadır.

Medal sayında da norveçlilər aşkar liderdir. Onlar ümumilikdə 28 medal qazanıb.