Daha 3 dəst medal sahibini tapıb
Offsideplus.az xəbər verir ki, Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında daha 3 medal dəsti sahibini tapıb.
Fiqurlu konkisürmə növündə kişilərin sərbəst proqram üzrə yarışında yaponiyalı Yudzuru Hanyu 317,85 xalla ikiqat olimpiya çempionu olub. O həm də hazırkı olimpiadada Yaponiyaya ilk qızıl medalı qazandırıb. Hanyu 2014-cü il Soçi Qış Olimpiya Oyunlarında da qızıl medal qazanmışdı.