Azərbaycan paralimpiyaçısı Aytac Qasımova İranın paytaxtı Tehranda qış idman növləri üzrə keçirilən Asiya çempionatında iki medal qazanıb. 

Offsideplus.az xəbər verir ki, Qasımova son yarış günündə snoubord slalom növündə gümüş, snoubord nəhəng slalomda isə bürünc medala sahib olub. Beləliklə, Azərbaycan paralimpiyaçıları ilk dəfə qatıldıqları beynəlxalq yarışda, ümumilikdə, 4 medal qazanıblar.


Qeyd edirik ki, bunadək xizəkçi Gülnar Rəhimova iki qızıl medala yiyələnib.