"Bornmut"un futbolçusu Antuan Semenyo cari mövsüm performansı ilə göz doldurur.
Offsideplus.az xəbər verir ki, qanalı futbolçu qışda komandasını tərk edə bilər. Onun sözləşməsində yanvarın 10-na qədər aktiv olan 65 milyon funt-sterlinqlik sərbəstqalma bəndi var.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Mançester Yunayted" və "Mançester Siti" onunla maraqlanan klublardır.
"Liverpul" və "Tottenhem" bu keçiddə aktiv deyil.
Son qərarı futbolçunun özü verəcək.
Semenyo cari mövsüm Premyer Liqada 16 oyunda 8 qol vurub.



