"Kəpəz" cari mövsümün əvvəlində heyətinə cəlb etdiyi iki futbolçu ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, Kaçper Rosa və Perdo Qomeşlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bu barədə klubun mətbuat xidməti yayıb.

Qeyd edək ki, "Kəpəz" hazırda 9 xalla Misli Premyer Liqasında 10-cu yerdədir.