"Çox yüksək səviyyəli oyun getdi".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze Misli Premyer Liqasının XVI turu üzrə “Qarabağ”la oyundan sonra səsləndirib. 

O, 1:2 hesabı ilə məğlub olduqları matç barədə fikirlərini bölüşüb: 

“Qarabağ”ı təbrik edirəm. Komandam yaxşı oynadı. Futbolçulara təşəkkür edirəm. Son 15 dəqiqədə yorğunluq yarandı. Qışda heyəti gücləndirdikdən sonra komanda 77 dəqiqə yox, 95 dəqiqə də oynaya biləcək və daha yaxşı nəticələr göstərəcəyik. Bir xal qazansaydıq, çox yaxşı olardı. Amma alınmadı. Buna rəğmən futbolçularımdan razıyam”.