Kilian Mbappe "Real Madrid"in tarixinə keçib.
Offsideplus.az xəbər verir ki, o, 2025-ci il ərzində "kral klubu"nun heyətində 59-cu qolunu vurub.
Beləliklə də fransalı hücumçu Kriştiano Ronaldonun rekorduna şərik olub.
Portuqaliya ulduz 2013-cü ildə Madrid klubunun forması ilə eyni sayda qola imza atmışdı.
Hər iki futbolçu bir il ərzində "Real Madrid"in heyətində ən çox qol vuran futbolçu ünvanına sahibdir.
Qeyd edək ki, Mbappe 2024-cü ilin yayında İspaniya nəhənginə qoşulub. O, burada 83 oyunda 73 qol vurmağı bacarıb.
K. Ronaldo 450 qolla "Real Madrid" tarixinin ən məhsuldar futbolçusudur.



