Azərbaycan Basketbol Liqasında X turun son görüşündə "Neftçi" NTD-yə qalib gəlib.
Offsideplus.az xəbər verir ki, NTD komandasının baş məşqçisi Tahir Baxşıyev 89:106 hesabı ilə yekunlaşan qarşılaşmadan sonra oyunla bağlı fikirlərini bölüşüb:
“2025-ci ili istədiyimiz şəkildə başa vura bilmədik. Bu gün qalib gəlmək istəyirdik. 3 xallıq atışlarımız alınmadı. Yenidən ribaundlarda problemlərimiz oldu. Çox işləməliyik. Baxmayaraq ki, məşqlərdə işləyirik, oyunçulara daima bu barədə deyirəm, amma yenə də ribaudlarda problemlər yaşadıq. Düşünürəm ki, gələn il daha uğurlu oynayacağıq. Güclənəcəyik. Çempionatın ikinci yarısını daha uğurlu keçirməliyik. Komandaya istirahət veriləcək. Yanvarın ilk günlərində toplaşıb, qarşıdakı oyunlara hazırlaşacağıq. Oyunçularımı qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edirəm”.



