Misli Premyer Liqasının XVI turunda "Araz-Naxçıvan" "Şamaxı"ya 2:0 hesabı ilə qalib gəlib. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Naxçıvan təmsilçisinin baş məşqçi Elmar Baxşıyev oyunla bağlı fikirlərini bölüşüb:

"Ağır oyun alındı. Yaxşı mübarizənin şahidi olduq. "Şamaxı" da yaxşı, mobil komandadır. Bu gün futbol adına yaxşı oyuna şahidlik etdik. Komandamı qələbə münasibətilə təbrik edirəm. Əzmkar qələbə qazandılar. Onları qarşıdan gələn bayramlarını təbrik edirəm. Ümid edirəm ki, komanda şəklində yeni ildən daha yaxşısını, daha da artığını etməyə çalışacağıq".