"Fənərbağça" dekabrın 23-də Türkiyə Kubokunda "Beşiktaş"la qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" bu oyuna ciddi itkilərlə çıxacaq.
Domeniko Tedesko 12 futbolçusunun xidmətindən yararlana bilməyəcək:
Ederson (icazə), Con Duran (icazə), Fred (cəzalı,)Edson Alvarez (zədəli), Arçi Braunn (zədəli), Nelson Semedo (zədəli), Yusuf En-Nesiri (Afrika Millətlər Kuboku), Nene Dorjeles (Afrika Millətlər Kuboku), İrfan Can Kahveci (heyətdən uzaqlaşdırılıb), Cenk Tosun (heyətdən uzaqlaşdırılıb), Rodriqo Bekao (heyətdən uzaqlaşdırılıb), Mert Hakan Yandaş (məhbus).
Qeyd edək ki, "Fənərbağça" - "Beşiktaş" Türkiyə Kuboku oyunu dekabrın 23-də, saat 21:30-da start götürəcək.



