Braziliyanın "Botafoqo" klubu "Qarabağ"ın futbolçusu Pedro Bikalyo üçün ikinci təklifini göndərib.

Offsideplus.az xəbər verir ki, bu barədə "Globo" portalı məlumat yayıb.

Onlar yenə eyni təklifi edib - satınalma şərti ilə birlikdə icarəyə götürmək.

Lakin bu dəfə ilkin ödəniləcək məbləği artırıblar. 

Bikalyo "Botafoqo" üçün yanvar ayında prioritet transferdir. Onlar eyni zamanda sabiq "Qarabağ"lı Julio Romao ilə də maraqlanırlar.

Xəbər eyni zamanda Bikalyo vətəninə qayıtmağa müsbət yanaşdığı da bildirilib.

Qeyd edək ki, o, bu ilin yayında "Qarabağ"a transfer olunub və qısa müddətdə əsas heyət üzvünə çevrilib.

Ağdam təmsilçisi onu ucuz qiymətə buraxmağı düşünmür.