"Qarabağ"ın sabiq hücumçusu Juninyonun yeni klubu məlum olub.
Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçu karyerasını Meksikada davam etdirəcək.
O, "Pumas" klubuna transfer olub.
Bu barədə klubun rəsmi sosial media hesabları məlumat yayıb.
Qeyd edək ki, Juninyo bu ilin yanvarında "Qarabağ"dan ayrılaraq "Flamenqo" klubuna keçmişdi.



