Misli Premyer Liqasının XVI turunda “Qarabağ” səfərdə “Qəbələ”yə 1:2 hesabı ilə qalib gəlib.
Offsideplus.az xəbər verir ki, oyundan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransındə fikirlərini bölüşüb:
“Futbolçularımı təbrik edirəm. Çox vacib üç xal əldə etdik. İlin sonu idi, futbolçularda yorğunluq, gərginlik, mikrozədələr var. Bu üzdən narahat idim, ehtiyat edirdim. Zədələrsiz başa vurduq. Oyundan çox futbolçuları düşünürdüm. Hər şey qaydasında oldu. Üç xal da yerinə düşdü. “Qəbələ”yə uğurlar arzulayıram, bütün oyunlarda yaxşı mübarizə aparırlar. Hesablarında indi olan xala deyil, daha artığına layiqdirlər. Bu soyuq havada stadionda olan azarkeşlərə təşəkkür edirəm”.
Q.Qurbanov 2025-ci ili dəyərləndirib: “Çox yaxşı alındı. Narazılıqlar da, uğurlar da oldu. Kollektivin içindəyəm. Futbolçuların nələr çəkdiyini gördüm. Elə mövqedəyik ki, hamı bizdən razı qalmalıdır. Sıx, gərgin mövsüm keçdi. Çempionlar Liqasının çəkisi daha yuxarıdır. Avropa Liqası ilə müqayisə etsək, həm gərginlik, həm məsuliyyət yuxarıdır, daha çox güc sərf edirsən. Futbolçular bu təzyiqə dözüblər. Oyunçularımdan çox razı qaldım”.



