Futbol üzrə Türkiyə Superliqasında XVII turun daha bir oyunu keçirilib.

Offsideplus.az xəbər verir ki, “Beşiktaş” “Rizəspor”la üz-üzə gəlib.

Matç İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada yeganə qolu 64-cü dəqiqədə Milot Raşika vurub.

Qeyd edək ki, bu nəticədən sonra “Beşiktaş” turnir cədvəlində 29 xalla 5-cidir.  “Rizespor” isə 18 xalla 11-ci pillədədir.