Braziliyalı tanınmış futbolçu Tiaqo Silva özünə yeni komanda tapıb.

Offsideplus.az xəbər verir ki, o, karyerasını Portuqaliyada davam etdirəcək.

41 yaşlı müdafiəçi  “Portu” komandasına keçib.

Futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Silva son olaraq Braziliyanın "Fluminense" klubunda forma geyinib. O, "Fluminense"də 212 oyun keçirib, 19 qol vurub və komandanın kapitanı olub.