"Barselona"nın futbolçusu Andreas Kristensen sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, danimarkalı müdafiəçi dizindən zədələnib. Onun zədəsi ciddidir və bir neçə ay meydanlardan uzaq qalacaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Kristensen 2022-ci ildən "Barselona"da çıxış edir.

O, cari mövsüm 17 oyuna çıxıb və 1 qol vurub.