“Fənərbaxça” klubunun prezidenti Sadettin Saran sərbəst buraxılıb.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Saran İstanbul Baş Prokurorluğunda təxminən 2 saat ifadə verib.
Qan və saç nümunəsi götürülməsi üçün Tibb İnstitutuna göndərilən iş adamı prosedurların ardından yenidən məhkəməyə gətirilib.
Saran xaricə çıxış qadağası və məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.
Klub prezidenti sərbəst buraxıldıqdan sonra "Eyüpspor" – "Fənərbaxça" oyununun ikinci hissəsində stadiona daxil olaraq komandasını dəstəkləyib.
Qeyd edək ki, S.Saran İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində “narkotik maddə əldə etmək” və “narkotik maddənin istifadəsinə şərait yaratmaq” ittihamları ilə ifadə verməyə çağırılmışdı.



