“Çətin situasiyalarda çözüm axtarırırıq və bu gün bunu tapa bildik”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Absheron Lions”ın baş məşqçisi Erhan Toker “Sabah”la matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb:
“Əslində biz ötən həftə keçirilən oyunlardan sonra ikinciliyi təmin etmişdik. Bu həftə isə istədiyimiz məşqləri edə bilməmişdik. Son oyundan sonra Ceyms Frazier zədəsi səbəbi ilə məşq edə bilmirdi. 2-3 gün öncə də Saadettin Donat zədələndi. Buna görə bizim üçün də hazırlıq prosesi fərqli oldu. Oyun da eynilə. Yararlana biləcəyim oyunçular baxımından söyləyirəm. Rəqib də mənə elə gəlir bu oyunçularla oynayacağımızı gözləmirdi. Onlar bir də avrokuboklarda mübarizəni dayandırmışdılar həftəiçi. Bəlkə motivasiyaları aşağı olar deyə düşünmüşdük. Oyunun böyük bir hissəsi bərabər mübarizə şəraitində keçdi. Fərqin böyüməsinə icazə vermədik. Oyunçularım çox yaxşı mübarizə etdi. Parketdə olan bütün oyunçularım komandaya qatqı verə bildi. Komanda oyunu oynadıq. Qarşıda bizi “Şəki” ilə oyun gözləyir. Sırada bu oyuna hazırlıq bizi gözləyir. Daha əvvəl də demişəm, biz hər zaman qələbə üçün oynayırıq, amma başa düşürük ki, məğlubiyyətlər də qaçılmaz deyil”, - Toker əlavə edib.
Qeyd edək ki, qarşılaşma 101:97 hesabı ilə “Abşeron Lions”un qələbəsi ilə yekunlaşıb.



