"Milan" klubunun Teo Ernandeslə yollarını ayırmaq səbəbləri məlum olub.
Offsideplus.az xəbər verir ki, buna 5 şey səbəb olub:
1. Gecə həyatı
2. Çempionlar Liqasına başa gələn qırmızı vərəqə ilə cəzalanması
3. Əvvəlki mövsümlərlə müqayisədə xeyli aşağı performans göstərməsi
4. Məşqlərdə kapitana yaraşmayan davranışlar sərgiləməsi
5. Müqaviləni yeniləmək üçün həddindən artıq tələblər irəli sürməsi
Qeyd edək ki, T. Ernandes bu ilin yayından "Milan"dan ayrılaraq Səudiyyə Ərəbistanına transfer olub.



